Yuxarı

Mediamız lazım gəldikdə hücuma da keçir - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mediamız lazım gəldikdə hücuma da keçir - Prezident

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan mediasının inkişafı onu sevindirir:

"Mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğur əldə edib.

Mediamız lazım gəldikdə hücuma da keçir, bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Bu tezisə şərh vermək istəmirəm, amma fakt budur ki, Azərbaycan mediasını müxtəlif səviyyələrdə oxuyurlar, məqalələri təhlil edirlər, onların Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı fərziyyələr də irəli sürülür. Bu deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib".

Prezident İlham Əliyev vurğulayıb ki, media deyəndə ilk növbədə jurnalistləri nəzərdə tutur:

"Sözün əsl mənasında sevinirəm və uğurlar arzulayıram. Azərbaycan elə bir mərhələdədir ki, özünü müdafiəyə hələ də ehtiyacı var. Məncə, media ən yaxşı vasitədir. Nə qədər çox media işçilərinin əhatə dairəsi geniş olarsa, ölkə haqqında o qədər dəqiq, dolğun, ədalətli məlumatlar dünya ictimaiyyətinə çatdırıla bilər.

Görüləsi işlər çoxdur, ancaq mediamız istənilən xoşagəlməz iftira kampansiyasına cavab verməyə qadirdir. Bu yeni önəmli reallıqdır".

Tarix
2025.07.19 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla