Yuxarı

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb: “Hazırda bunun üçün böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları yola salınır. Onların sayı ildən-ilə, həm də onlarla faiz həcmində artır. Düşünürəm ki, yaxın vaxtlarda bu, dəfələrlə artırılacaq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əvvəldən ÇXR Sədri Si Szinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib və öz tərəfindən ölkə ərazisində müvafiq nəqliyyat-logistika infrastrukturu hazırlayıb.

“Çin şirkətləri Günəş elektrik stansiyaları layihələrinin reallaşdırılmasında podratçı qismində fəal iştirak edir. İnvestor şirkətlərin satın aldığı Günəş panelləri Çin istehsalıdır. Bu yaxınlarda biz həm də Çin şirkətləri ilə yaşıl - Günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və zənnimcə, bu da bizim qarşılıqlı faydalı əməkdaşlığımıza yaxşı əlavə töhfə olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Tarix
2025.07.20 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

Süni intellektdən istifadə etmirəm, lakin... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla