Yuxarı

Tərtər və Ağstafada top mərmisi aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtər və Ağstafada top mərmisi aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 30-da bir ev və həyətyanı sahəyə, bir fermaya, 5 əkin sahəsinə, 13 partlayış yerinə baxış keçiriblər. Nəticədə beş partlamamış hərbi sursat aşkarlanaraq götürülüb. Gün ərzində 19 min 780 kvadratmetr ərazi təmizlənib.

Axar.az ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərtər rayonunun Çaylı kəndində iki partlamamış hərbi sursat, o cümlədən "9M22U" qrad raketinin mühərrik hissəsi, Borsunlu kəndində 1 partlamamış hərbi sursat - F-1 əl qumbarası, Seydimli kəndində 100 millimetrlik top mərmisi, Ağstafa rayonunun Eynallı kəndində isə 73 millimetrlik "PQ-9" tank əleyhinə qumbara aşkar edilərək götürülüb.

Ağdam rayonunun Qaradağlı kəndində, Füzuli rayonunun Horadiz şəhərində əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Bu zaman partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 8180 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 620 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, 28 fermaya, əkin sahələrinə və bir şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1562 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç "POMZ-2", bir "OZM-72" və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.06.30 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla