Yuxarı

Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi

Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasından İrana hava hücumu edildiyini qəbul etmir.

Axar.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin deyib.

“Prezident Məsud Pezeşkianın Təbrizə son səfəri zamanı onunla görüşümdə ölkənin şimal-qərbinin müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğuladım. Azərbaycan Respublikasından hücumların qeyri-rəsmi sübutlarına baxmayaraq, prezident bunu qəbul etmədi”, - millət vəkili bildirib.

Əlirza vurğulayıb ki, Pezeşkian qarşısında Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Kürdüstan əyalətlərində müdafiə infrastrukturunun gücləndirilməsi barədə məsələ qaldırıb.

Qeyd edək ki, Əlirza Novinin keçirdiyi bu mətbuat konfransı və Azərbaycandan İrana hücumlar barədə cəfəng iddialarından bir gün sonra Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin iclası baş tutub və Əlirza Novin Nümyəndələr Məclisinin sədrliyindən çıxarılaraq onun yerinə Əhər və Heris şəhərlərinin millət vəkili Beytullah Abdullahi seçilib.

Xatırladaq ki, 12 günlük müharibə zamanı guya İsrail PUA-larının Azərbaycandan qalxaraq, İrana zərbə endirməsi haqda bəzi iranlı ekspertlərin səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim edilməyib. Azərbaycan isə bu cəfəng iddiaları tamamilə rədd edib və Azərbaycan ərazisinin 3-cü ölkələrə qarşı heç vaxt istifadə edilmədiyini və edilməyəcəyini bir daha bəyan edib.

Tarix
2025.07.22 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla