Yuxarı

Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Kreml sözçüsü Dmitri Peskov Azərbaycan-Rusiya münasibətləri ilə bağlı pozitiv-diplomatik açıqlamalar verib: “Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır” sözlərindən sonra bu dövrün keçəcəyinə ümidini ifadə edib, bunun ardınca isə Rusiyada azərbaycanlıların, Azərbaycanda rusların “hüquqlarına” toxunmaqla “balans” yaratmağa çalışıb.

“Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət edirlər, Moskva isə Azərbaycanda ruslara hörmət edilməsini çox vacib sayır. Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox önəmlidir”, - Peskov deyib.

Azərbaycanda ruslara hörmət edilməsində hansısa problem varmı? Rusiyada ortalama 2,5 milyon civarında azərbaycanlı yaşayır, amma bir Azərbaycan məktəbi yoxdur. Azərbaycanda isə cəmi 100 min rus yaşayır, amma dövlət büdcəsi hesabına olan rusdilli məktəblərin sayı 340-dan çoxdur.

Əgər 2018-ci ildə Azərbaycanda rus məktəblərində təhsil alan şagirdlərin sayı 90 mindən bir az çox idisə, hazırda 160 mindir.

10 milyonluq xalqın içində 100 min rus yaşayır, yəni bu, əhalinin 1 faizi deməkdir – ancaq çıxın Bakı küçələrinə, görün, qarşılaşdığınız 10 adamdan neçəsi rusca danışır!

Ruslara münasibət xalq və dövlət olaraq “qeyri-adekvat” olsa, Bakının göbəyində azərbaycanlılar rusca danışıb, rusca düşünüb, öz övladlarını rusdilli məktəbə qoyub, rus mədəniyyətinin daşıyıcısı olmağa bu qədər can atarlarmı?

Kreml Azərbaycana qarşı daha normal “əks-arqument” tapa bilərdi...

Tarix
2025.07.22 / 13:30
Müəllif
Aytac Araz
Digər xəbərlər

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri... - Uşakov

Lukaşenko, İlham Əliyev və Şərif Çində görüşdü

Tiencində dövlət başçılarının şərəfinə ziyafət verildi

İlham Əliyev Çində Paşinyanla söhbət etdi - Foto

Britaniya səfiri Laçına getdi - Foto

Azərbaycan bu dəhlizə xüsusi əhəmiyyət verir – Hacıyev

Çində ŞƏT üzvləri üçün ziyafət: Əliyevə də masa ayrıldı - Video

İlham Əliyev Çində görüşlər keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla