Yuxarı

Qərb Ermənistanı Qarabağ prosesinə hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Ermənistanı Qarabağ prosesinə hazırlayır

Azərbaycan Qarabağ məsələsinin bundan sonra arxa plana keçməsinə imkan verməyəcək və məsələ ilə bağlı müəyyən variantlar üzərində iş gedir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq Sankt-Peterburq görüşündən sonra Qarabağ prosesində müəyyən canlanmanın olduğunu qeyd edib:

"Qərb və Rusiya rəsmilərinin regiona son səfərləri bunu sübut edir. Xüsusilə Ştanymayerin İrəvana səfəri, separatçı rejimin rəhbərləri ilə görüşü bir növ Ermənistanı prosesə hazırlamaq, daha doğrusu, sakitləşdirmək xarakteri daşıyır. Eyni zamanda, görünür, həmsədrlər status-kovonun dəyişilməsinin və bu istiqamətdə danışıqların vacibliyinin fərqindədirlər. Lavrovun regiona növbəti səfəri o deməkdir ki, masada hansısa təklifləri olacaq. Bu təkliflər müəyyən mənada bəllidir və özündə Madrid prinsipləri və Kazan formulunu ehtiva edir. Yəni əvvəl 5, sonra iki rayon azad olunur, ikinci mərhələdə Laçın dəhlizi məsələsi yer alır, ən sonda isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilə bilər. Növbəti görüşlərdə prosesə aydınlıq gələcək. Çox güman ki, qarşıda Qarabağ danışıqları ilə bağlı nəticələrin konturlarını artıq müşahidə edəcəyik".

Qeyd edək ki, Azərbaycan və Ermənistan Prezidenti prezidentlərinin avqustda Parisdə, daha sonra isə ABŞ-da görüşəcəyi bildirilir.

Tarix
2016.07.02 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla