Yuxarı

Mustafayevin işi: Pandemiya vaxtı 13 min sərnişin...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, eyni zamanda Bayraq Meydanının keçmiş rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Fuad Babayevin vəkili vəsatətlə çıxış edib. Vəkil bəzi sənədlərin sübutlar siyahısına əlavə olunmasını istəyib:

“Bir şirkət yaradılıb və görüntü yaradılıb ki, guya bu şirkət yeyinti məqsədilə qurulub. Amma şirkətin hesabına köçürülən vəsaitlər təyinatı üzrə xərclənib və hesabda qalıb”.

Məhkəmə vəsatəti təmin edərək həmin sənədlərin işə əlavə olunması barədə qərar qəbul edib.

Daha sonra İlqar Mustafayevin vəkili də vəsatət verib. Vəkilin sözlərinə görə, ittihamda 2020-2023-cü illərdə gəmilərdən əldə edilən gəlirlərin mənimsənildiyi iddia olunur:

"Guya gəmilərdən ayda 3-7 min, ildə isə 13 min sərnişin istifadə edib. Amma pandemiya dövründə, xüsusilə 2020-ci ildə insanlar SMS icazəsi ilə küçəyə çıxırdı. Bu qədər sərnişinin istifadəsi mümkün deyildi. Bulvar İdarəsinin həmin dövrə aid alt sənədlərinin məhkəməyə təqdim edilməsini istəyirik".

Məhkəmə bu vəsatəti isə baxılmamış saxlayıb. Növbəti məhkəmə prosesi avqustun 18-nə təyin edilib.

Tarix
2025.07.28 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Araz Ağalarov da Bakıya gəldi, Emin gəzdirdi - Video

Azərbaycanlılar İranın bölünməsinin qarşısını aldı - Vilayəti

Ceyhun Bayramov çex həmkarı ilə telefon danışığı apardı

Baş nazirdən daha bir qərar

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video

İrandan Bakı və İrəvana çağırış: Dolaşan şayiələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla