Yuxarı

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. Bunların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kreml müharibə başlayandan Ukrayna ərazilərini işğal etməklə yanaşı, ukraynalıların qış aylarında donmasını, qazsız və elektriksiz qalmasını istəyir:

“Kreml 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayanda bu ölkəyə qarşı da eynisini arzulayırdı. Azərbaycan Gürcüstanın donmasına imkan vermədi, qonşumuzu neft və qazla təmin etdik. Tərəfdaşı ağır durumdan qurtarmaq lazım idi. Əlbəttə, Ukraynaya qazın nəqli məsələsində gəlir də düşünülüb, ancaq Gürcüstanın timsalında olduğu kimi Ukraynanın ayaqda qalması bizim üçün vacibdir.

Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” mesajını göndərdikdən sonra Kiyevin “bizə qaz lazımdır” xahişini müsbət cavablandırıb. Çinin xarici işlər naziri Van Yi Brüsselə səfəri zamanı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasa “biz Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini istəmirik, çünki əksi olarsa ABŞ diqqətini Çinə yönəldəcək” demişdi. Azərbaycan isə əksinə, Ukraynanın müharibədə məğlub olmasını istəmir, çünki əksi olarsa, Kreml “diqqətini” başqa ölkələrə, o cümlədən Azərbaycana yönəldəcək...”

Tarix
2025.07.28 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla