Yuxarı

Rusiya azərbaycanlı iş adamının obyektini darmadağın etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya azərbaycanlı iş adamının obyektini darmadağın etdi - Foto

Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamının bütün əmlakı raket zərbələri nəticəsində məhv olub.

Axar.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Şəki şəhərindən olan, 40 ildir Xarkovda yaşayan Rafiq Qədirovun böyük istirahət mərkəzi və avtobus parkı Rusiya ordusunun raket zərbələri nəticəsində tamamilə darmadağın olub, iş adamı bütün əmlakından məhrum olub.

"1986-cı ildən burada yaşayıb işləyirəm. 90-cı illərin əvvəlindən bu biznesi yaradıb, öz əllərimlə bu restoranı, yanında böyük istirahət mərkəzini və Xarkovda iri marşrut avtobus parklarından birini qurmuşdum. İstirahət mərkəzi o qədər böyük idi ki, müharibəyə qədər hətta Rusiyadan bura istirahətə gəlirdilər. Çünki buradan Belqoroda cəmi 25-30 kilometrdir. Amma artıq heç nə qalmayıb”.

O deyib ki, istirahət mərkəzinə müxtəlif ölçülü 10-dan çox raket düşüb, bütün restoran, istirahət mərkəzinin özü yerlə yeksan olub:

“Xoşbəxtlikdən çatdırıb adamları çıxara və ya sığınacağa doldura bildik və insan itkisi olmadı. Bu azmış kimi Rusiya ordusunun diversiya-kəşfiyyat hücumları zamanı yaxınlıqdakı avtobus parkım da dağıdıldı. Bura Rusiya ilə sərhədə çox yaxındır. Bütün əmlaklardan məhrum oldum. Zərər milyon dollarladır".

Tarix
2025.07.29 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla