Yuxarı

Azər Paşanın daha bir gizli səs yazısı - Audi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər Paşanın daha bir gizli səs yazısı - Audi

Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemət teatr işçilərini yenidən təhqir edib.

Musavat.com bildirir ki, xalq artistinin yeni təhqiri ilə bağlı internet resurslarında qalmaqallı səs yazısı yayılıb.

Həmin səs yazısında Azər Paşa Nemət teatr əməkdaşlarından biri ilə söhbətində teatr işçilərinin simvolik olaraq, hələ Qazaxdan çıxmadığını, özünün isə Nyu Yorkda olduğunu deyib: “Səməd Vurğun Osman Sarıvəllinin dostu olub. Onlar Qazax rayonunda, eyni kənddə yaşayıb, bir məktəbdə oxuyublar, sonra gəlib burada universitetə giriblər. Universiteti bitiriblər, ikisi də şair olublar. Bir gün Səmədin yaxşı kefi olan vaxtı deyib ki, qağa, Osman, yadındadır, səninlə filan vaxtı Qazaxdan çıxıb gəldik Bakıya? O da deyir ki, hə, Səməd, elə yadımdadır ki, o günlər, o anlar... Amma sənə deyim, mən Bakıya çatdım, amma sən hələ də Qazaxdan çıxmayıbsan. Bunlar hələ Qazaxdan çıxmayıb, bu teatr işçiləri... Mən çoxdan Nyu Yorkdayam, çıxmışam burdan”.

Məsələ ilə bağlı Azər Paşa Nemətin mövqeyini öyrənməyə çalışsaq da, xalq artisti telefon zənglərimizi cavabsız qoydu. Akademik Milli Dram Teatrın mətbuat xidmətindən isə bildirildi ki, məsələ ilə bağlı açıqlama verilməyəcək.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də xalq artisti Azər Paşa Nemətin qalmaqallı səs yazısı yayılmışdı. Həmin səs yazısında xalq artisti teatrı “taxtabiti yuvası” adlandırmışdı.

Tarix
2016.12.06 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla