Yuxarı

FHN-dən Bakıdakı partlayışla bağlı məlumat - Yeniləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-dən Bakıdakı partlayışla bağlı məlumat - Yeniləndi

2016.12.29 - 20:41

Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış olub.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.

Partlayışdan sonra güclü yanğın başlayıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

21:12

Bakıda “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.

Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volksvagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Partlayış zamanı xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.

***

22:41

Bakının Nərimanov rayonu ərazisində partlayış “Metropark” ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb.

Ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.

Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Axar.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın "Rahatlığın Məkanı" MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Tarix
2016.12.30 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla