Yuxarı

Replə dərs deyən müəllimdən növbəti ideya - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Replə dərs deyən müəllimdən növbəti ideya - Video

Sosial şəbəkələrdə izlənmə rekorlarını qıran videoların müəllifi, tarix müəllimi Həbib Əlizadə velosipedlə kilometrlərlə yol qət edib, kəndləri gəzir və uşaqlara müxtəlif ədəbiyyatlar verir.

Axar.az ARB TV-yə istinadla xəbər verir ki, müəllim onlara maraqlı kitablar, test bank nümunələri və bədii əsərlərdən seçmələr paylayır.

26 yaşlı pedoqoq bunu məktəblilərin yay tətilini maraqlı dəyərləndirmək üçün etdiyini deyir. O, əsasən ona hədiyyə olunan kitabları paylayır.

Həbib Əlizadə (tarix müəllimi): “Məktəb bitdiyi üçün çox paylaya bilmədik. Az bir hissəsini payladıq. Velosiped sürmək hobbim olduğu üçün düşündüm ki, bəlkə bunu velosipedlə gedə-gedə qarşıma çıxan uşaqlara paylaya bilərəm. Çox şükür, alındı. Hazırda davam edirik”.

Müəllim kitabların bir hissəsini çalışdığı Lənkəranın ucqar kəndi Gəgiranda da paylayıb. O, hazırda velosipedlə doğulduğu Astara rayonunun kənd məktəblərinə üz tutub. Həbib Əlizadə yay tətili boyunca bu işini davam etdirəcəyini deyir:

“İndiyə qədər Astarada 6 kənd gəzmişəm. Gün ərzində çalışıram ki, 50-100 uşağa hədiyyə verim. Hədəfim var aşağı kəndləri bitirəndən sonra, ucqarlara da gedim. Ən azı 20 kəndə getmək hədəfim var”.

Havalar isti olduğu üçün müəllim velo-səyahətinə saat 17:00-dan sonra başlayır. Onun bu addımı yerli insanlar tərəfindən də maraqla qarşılanıb.

Tarix
2017.07.29 / 14:15
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla