Yuxarı

Real TV-çilər səhəri dirigözlü açdı: Ələşrəfqızı niyə yoxdur?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:06

Real TV artıq efirdədir, ancaq bu günlərdə məni orda görməyəcəksiniz.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Ləman Ələşrəfqızı qeyd edib. O bildirib ki, hələ bir müddət Real TV-də olmayacaq:

“Həm peykdən, həm kabel televiziyasından Real TV-yə baxa, tvreal.az vasitəsilə internet üzərindən izləyə bilərsiniz. Düzdür, bu günlərdə məni orda görməyəcəksiniz, amma ürəyim dostlarladır. Onlar – Səbinə Heydarova-Ağayeva, Lale Nurəddinqızı, Orxan Məmmədli, Natiq Nailəoğlu, Afət Telmanqızı, Ayşən Rüstəmova və adını çəkə bilmədiyim çoxlu dostum səhəri işdə dirigözlü açıblar. Ki, səhəriniz REAL xəbərlərlə açılsın”.

L.Ələşrəfqızı kollektivi, həmçinin Real TV-nin rəhbəri Mir Şahini təbrik edib.

Qeyd edək ki, tanınmış jurnalist L.Ələşrəfqızı hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsində çalışır. Jurnalist bildirib ki, hazırda “Azərxalça” ASC-dəki işinə davam edir: “Hələ ki, köhnə işimdəyəm. Yaxında Real TV-də olacağam”.

Tarix
2018.03.15 / 11:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla