Yuxarı

Ermənilər indi də buna göz dikib: Türk tarixi nə deyir?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ciyər”, “bağır” və “ökbə” sözlərinin mənşəyi haqqında

Bədən üzvlərimizin adı millidir. Belə də olmalıdır. Türk insanı yarananda birinci öz bədən üzvlərinə ad verib, yəni başqa xalqın nümayəndəsi ona ad qoymayıb.

“Ciyər” sözünün dilimizdəki qarşılığı “ulu bağır” sözüdür. Yazılı qaynağını “iç orqanı” anlamında Yenisey yazılarında da görmək olar. “Qarabağır” – “qaraciyər” sözündə qalıb. Bu söz dilimizdə həm də ürək, qəlb anlamında işlənir.

İşlətdiyimiz “ağciyər” sözünün sinonimi isə qədim türk mənşəli “ökbə/öbkə/ öfkə” sözüdür. Bəzi türk dillərində də ciyərə “öpkə” deyilir. “Bağır” və “öpkə” sözləri dilimizdə bu gün də işlənməkdədir.

Mərhum dilçi alim B.Əhmədov "Etimologiya lüğəti"ndə bu haqda belə yazıb:

“Bağır-öfkə” sözü “içalat” anlamını əks etdirir. “Öfkə” həm “ağ ciyər”, həm də “hirs” mənalarında işlədilir. Tatar dilində “öpkə” sözü “qəzəb” mənasını verir. Türkoloqlardan Bamberi yazır ki, “öfkə” və “öd” kökdaş sözlərdir. “Öd” həm də həyəcan mənbəyidir (ödünü uddu, ödü parçalandı - deyirik). Belə halda “–kə” şəkilçisinin öd sözünə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, söz “övkələ” kəlməsi ilə qohumdur, darılmaq (darıldı bağrım...), sıxılmaq (qəzəb!?) anlamları ilə bağlıdır”.

Öbkələmək feilinə "qızmaq", "hirslənmək" anlamında yazılı qaynaqlarda da rast gəlirik. Bu söz "ağciyər" və "qızmaq" anlamında X əsr bundan qabaq "Divan-i Lügət-it Türk" əsərində işlənib.

“Öpkə” sözü çeşidli fonetik variantlarda ( öx`bə (Şəki), ökbə (Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Şirvan, Kürdəmir, Zaqatala və s.), öhvə (Borçalı, Qazax) bölgələrimizdə geniş yayılıb.

Dilimizdə işlənən “ürəkli-ökbəli adam”, “ödünü-ökbəsini yemək" somatik frazeoloji ifadələr bu sözün həm qədimliyini, həm də ürək və ödün ökbə iç orqanı ilə bağlı olduğunu göstərir.

“Ökbə-ağciyər” sözü həm tənəffüs orqanının adını, həm də "qorxaq" mənasını bildirir. Bu anlayışlar arasında bağlılıq vardır. Öfkələnmək (qəzəblənmək, hirslənmək) feili heç şübhəsiz ki, fizioloji proseslə bağlıdır. Nəfəsi (tini) çatmayan (tıncıxmaq sözü də burdandır) insan "ürəksiz" duruma düşür. Bu səbəbdən ürəksiz, qorxaq adama "ağciyər" deyilir.

“Öd” sözü də millidir. Dilimizdə işlənən "sarısını udmaq" deyimində "sarı" qaraciyərin ürətdiyi və öd kisəsində toplanan maddənin sarı rəngdə olması ilə bağlıdır.

Bu qənaətə gəlirik ki, “bağır”, “ökbə”, “öd” və “ürək” sözləri dilimizdə sona qədər dərk etmədiyimiz qanunauyğunluqlar əsasında yaranıb.

Çox təəssüf ki, bəzi somatik (soma - bədən deməkdir) sözlərimiz də sonradan fars və ərəb dillərinin təsirinə məruz qalmışdır.

“Ciyər - cigər” sözü sami və əksər hind-Avropa dillərində kiçik fonetik fərqlərlə işlənir. Y-c əvəzlənməsi ilə qədim sanskrit dilində, "Avesta"da da işlənib. “Cigar” sözünün əsli “yekar” şəklində olub. Yunan və latın dilində də təxminən eyni fonetik biçimdədir. Məsələ burasındadır ki, yunan dilində bu söz k-p əvəzlənməsi ilə işlənib. Yəni, yekar - hepar. Latın dilində isə bu söz iocor (iyokor) şəklindədir. Deməli, ciyər, ciğer, cigar, ciqar, iocor, hepar, yakar sözləri bir kökdən yaranıb. Erməni adlanan dil də "iran dilləri" ilə qohumdur, eyni şəcərədəndirlər. Bu baxımdan “cigər” sözünün erməni dilində işlənməsi təəccüblü deyil.

Şübhəsiz ki, “ciyər” sözü erməni mənşəli deyil, ərəb və fars dilindən bizim dilə, oradan da erməni adlanan dilə keçib.

Buna baxmayaraq, ermənilər “ciyər” sözünü də milliləşdirməyə çalışırlar. Anlamırlar ki, bədən üzvlərimizi bildirən sözlərin yaşı türk insanının yaşı qədərdir.

Türk insanı - ilk insan birliyi yarananda bədən üzvlərimizin də adı yaranıb.

Tarix
2018.08.27 / 16:36
Müəllif
Şahlar Göytürk
Digər xəbərlər

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

İlham Əliyev Albaniyada mühüm tədbirdə iştirak etdi - Foto

Bakını da qoşmaq istədikləri “İbrahim Sazişi”: Hədəfdə nələr var

Əliyev Makronun səmimi görüşü diqqət çəkdi - Video

İlham Əliyev Robert Fiko ilə görüşdü

Prezident Koşta və Leyenlə görüşdü - Foto

İlham Əliyev Ərdoğanla görüşdü - Video

Prezident Avropa Şurasının baş katibi ilə görüşdü

Prezident Pedro Sançezlə görüşdü

İlham Əliyev Petr Fiala ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla