Yuxarı

Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur...”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.12.13. 16:11

Gəlin, hər şeydən öncə bir məsələni aydınlaşdıraq: Şəhid varislərinə 11 min manat təzminat verilməsi ətrafında baş alıb gedən söz-söhbətin mayasında nə dayanır? Niyə hər yerindən duran bunu “dövlətin məsuliyyəti”, “Azərbaycanın şəhidinə hörmətsizliyi” donuna salıb, öz siyasi məqsədlərinə alət etməyə girişir?

Hətta iş o yerə çatır ki, xeyriyyəçi kimi tanıdığımız və qazilərə münasibətinə görə media dəstəyini daim göstərdiyimiz Füzuli Məmmədov da (skrinlər əlavə edilir) dövlətlə bir zamanlar adını daşıdığı Frenk Elkaponi kimi danışmağı özünə rəva görür, “hakimiyyətin öz öhdəliyini yerinə yetirməməsi” düşüncəsizliyini göstərir.

Ordan başlayaq ki, şəhid varislərinə 11 min manatın verilməsi Azərbaycan dövlətinin Konstitusiya ilə üzərinə götürdüyü “beynəlxalq, milli, irqi, dini” öhdəlik deyil: bunu heç seçki ərəfəsində hakim komanda vəd olaraq da deməyib. Bu, Azərbaycan Prezidentinin Qarabağ şəhidlərinə diqqəti, onların ailəsinə göstərdiyi qayğının nəticəsi olaraq ortaya çıxan fərmandır. Yəni bu “öhdəliyi” dövlət özü özü üçün təyin edib və məbləği də 5 min yox, 15 min də yox, məhz 11 min olaraq müəyyənləşdirib: hesablama aparılıb, ölkənin imkanları nəzərə alınıb - prosesə start, büdcədən bunun üçün vəsaitin ayrılmasına qərar verilib. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitdə şəhid varislərinə ödənilməsi üçün sözügedən “11 minlər” də nəzərə alınıb. Yəni Prezident fərmanından irəli gələn öhdəliyin yerinə yetirilməsi niyyətilə proses ardıcıl olaraq davam etdirilir. Bu vaxta qədər 1500-dən çox varisə fərmana uyğun 11 min pul ödənilib, digər varislərin müəyyənləşməsi üçün iş gedir və fəaliyyətin 2019-cu ildə də davam etdiriləcəyi, yuxarıda dediyimiz kimi, ƏƏSMN-ə ayrılan vəsaitdən də aydındır. Bəs, nədir narahatlıq?

Şəhidlərimizin varislərindən bir qrupunun etirazı oldu. Çox yanlış olaraq bu etirazların “dövlətin öhdəliyinin yerinə yetirilməməsi” kimi yozulmasına cəhd edilir. Narazılar “Prezident fərmanının düzgün icra edilməməsindən” gileyli idilər. Aydın oldumu?

Söhbət dövlətin “öhdəliyindən” yox, Prezidentin fərmanının icrasından gedir. Həmin varisləri də birbaşa nazir özü qəbul etdi, prosesə nəzarət etdiyini göstərdi, onlara izah edildi – kimin haqqı varsa, alacağı, sadəcə, prosesin ağır olduğu, aydınlaşdırmalar gərəkdiyi, şəffaflıq üçün ciddi nəzarət olduğu deyildi və onlar da anlayış göstərdilər. Başqa şikayətlər yoxdurmu və olmayacaqmı?

Əlbəttə ki var və olacaq da! Prezidentin fərmanının onlara da şamil olunduğunu düşünənlər bu imtiyazdan yararlanmaq üçün müraciət də, şikayət də edəcəklər, onların diqqətdən kənarda qalmayacağı, bütün müraciətlərə baxılacağı da şübhəsizdir.

Yəni dövlət özü öz imkanlarını hesablayaraq, şəhid varislərinə birdəfəlik yardım ayırmağa qərar veribsə, hansı məntiqlə onu icra etməkdən yayınacağı düşünülə bilər? Bunu hansı parabeyin ortalığa atıb?

Gələk məsələnin digər tərəfinə. Əlbəttə, etiraz edən şikayətçilərdən güdükdə duranların sui-istifadəsi mümkündür, öz aləmlərində “siyasi mübarizə” aparırlar və məntiqi bir kənara atıb, qarayaxma kampaniyası ilə “şəhidin pulu” arqumentindən bəhrələnmək istəyirlər. Yaxşı, bəs, bu şantaja hansı ağılla, məsələn, diasporda son vaxtlar fəallığı ilə seçilməyə çalışan və müəyyən xeyriyyə aksiyalarına qatılan Füzuli Məmmədov alət olur?

Uzun müddət “idealist” olaraq yaşayan və Frenk Elkaponi adını daşımaq üçün hətta italyan xanımla ailə qurub, onun soyadını götürən həmyerlimiz, milyonçu Füzuli Məmmədov arzuladığı təxəllüsünün təfəkkürü ilə deyib ki, dövlət öz öhdəliyini yerinə yetirmirsə, mən 100 şəhid varisinə 11 min manatı verməyə hazıram və s.

Xatırlayırsınızsa, F.Məmmədov Cocuq Mərcanlı azad ediləndə bu qəsəbənin qurulmasına da vəsait ayırmağa hazır olduğunu bildirmişdi və yaxud, dövlət 400 Qarabağ qazisinə ev verəndə, F.Məmmədov da Bakıya gəlib, bir neçə qaziyə ev bağışlamışdı.

Sağ olsun, lap yaxşı. Ancaq anlaya bilmirəm, 3 Qarabağ qazisinə ev bağışlamaq üçün niyə dövlətin 400 qazi üçün tikdirib, istifadəyə verdiyi kompleksin açılışını gözləyirsiniz ki! Yaxud, Cocuq Mərcanlıya dəstək olmaq niyə məhz Prezident sərəncamı ilə o qəsəbənin inkişafına onmilyonlar ayrılandan sonra xatırlanır?

Və yaxud da indi: niyə Qarabağ şəhidlərinin varislərinə yardım etmək məhz dövlətin başladığı prosesin tərkibində yada düşməli və yaxud o xoşniyyətli prosesin bədniyyətli yozumlarının qıcıqdoğuracaq notları altında səsləndirilməlidir? Və yainki, niyə şəhid varislərinə yardım 11 minin başında fırlanmalıdır?

Azərbaycandan kənarda yaşayıb-qazanan və ölkəmizi, vətəndaşımızı düşünən milyonçularımız çox deyil. Onlardan biri kimi Füzuli Məmmədov kiməsə ev bağışlamaq, müalicəsinə yardım etmək, əl tutmaq istəyirsə, onun qarşısını kim alır? Sadəcə, bu təşəbbüslər dövlətin niyyəti ilə qarşılaşdırılırsa və xeyriyyəçilik aksiyası “siz etmirsinizsə, mən edirəm” ambisiyasına çevrilirsə, sağ əlin verdiyini nəinki sol əl, hətta vermədiyini, yalnız vermək istədiyini bütün xalq bilirsə, bu artıq olur tamaşa, “reklam fasiləsi”, özününümayiş və s.

Ermənistanı bir dövlət kimi saxlayan az qala diaspor, xaricdəki erməni milyonçularıdır: hətta hava limanı tikəcək qədər ölkəyə dəstək olan erməni milyonçularının etdiklərinin böyük əksərindən əhalinin xəbəri belə olmur. Bizim isə iki qaziyə ev alıb bağışlayanlarımızın iddiası barmaq silkələməyə qədər niyə belə tez-tələsik başlarından yuxarı qalxır, anlamaq olmur.

Xeyriyyəçilik, xalqa və yurda sevgi kampaniyaçılığı sevməz, şəhid varisinə, qaziyə dəstək olmaq üçün dövlətin ardınca düşməyə ehtiyac yoxdur: nə zaman və hansı şəkildə istərsinizsə, o şəkildə də dəstək olun – o varisləri aparın, xaricdə oxudun, yüksək təhsil verin; oxuyanları himayəyə götürün; işsizi varsa, yanınıza çəkin... İllah ki, pul vermək, yardım etmək istəyirsiniz, verin, sizi alqışlamağa və ürəyimizin başına çıxarmağa hazırıq. Ancaq dövlət 400 qaziyə ev verəndə 4 qaziyə ev, 500-nə maşın verəndə 5-nə maşın, 15 min varisə 11 min ayıranda 100 nəfərə məhz 11 min verməyə hazır olduğunu deməyə heç bir ehtiyac yoxdur.

“Prinsiplə”, “hikkə ilə”, “inadına” xeyirxahlıq olmur. Xeyirxahlıq, sevgi bir könül işidir – könlün çəkirsə, et – bu xalq da, Allah da görər; çəkmirsə, özünü gözə soxma!

Tarix
2018.12.17 / 12:43
Müəllif
Anar
Oxunub
14 646
Digər xəbərlər

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla