Yuxarı

Mart ayının “Afişa”sı açıqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsinin mart sayı çapdan çıxıb.

Kuıt.az xəbər verir ki, nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, Bakı Dövlət Sirkinin yeni proqramı, eləcə də böyük ekrana çıxan yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.

Mart ayı qan yaddaşımıza xalqımızın 1918-ci ildə yaşadığı acı tarixlə də həkk olunub. Teatrların repertuarında 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı təqdim ediləcək tamaşalar da “Afişa”da ayrıca qeyd olunub.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Tarix
2019.02.28 / 19:22
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan

Azərbaycan XİN Uruqvayı təbrik etdi

Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir

Paşinyan Bakı ilə razılaşmadan danışdı

Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan

Prezidentə futbol forması hədiyyə edildi - Foto

KİV: İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla