Yuxarı

Yaradıcılıq ittifaqları üçün şəhərcik salınır - İlk dəfə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaradıcılıq ittifaqları üçün şəhərcik salınır - İlk dəfə

Şabran rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə yaradıcılıq ittifaqları üçün şəhərcik salınır.

Kult.az xəbər verir kii, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Prezident İlham Əliyevin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündəki çıxışında bildirib ki, bu, ilk belə mərkəz olacaq.

Layihə rəhbəri Cahangir Məmmədrzayev Azərtac-a bildirib ki, şəhərciyin tikintisi üçün səfalı havası və qədim xalçaçılıq ənənələri ilə məşhur olan Pirəbədil kəndində 12,6 hektar ərazi ayrılıb. Hazırda tikinti ərazisində axtarış və ölçüləndirmə işləri həyata keçirilir. Layihənin konsept forması hazırdır. Bundan sonra şəhərciyin eskiz, işçi və əsas layihəsi hazırlanacaq. Layihələndirmə tamamlandıqdan sonra şəhərciyin tikintisinə start veriləcək.

İlkin plana əsasən, şəhərcikdə əsas bina və otel inşa ediləcək. Otel binası bir neçə korpusdan ibarət olacaq. Bundan əlavə, şəhərcikdə açıq havada amfiteatr, kotteclər, konfrans zalı, poeziya mərkəzi, restoran, SPA mərkəzi, böyük hovuz, idman meydançaları, uşaq-əyləncə mərkəzləri, avtomobil dayanacağı və başqa xidmət obyektləri olacaq.

Yaradıcılıq ittifaqları üçün tikilən şəhərciyə gediş-gəliş də rahat olacaq. Belə ki, şəhərcik Prezident İlham Əliyevin Sərəncamı yeni salınmış Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun kənarında yerləşəcək.

Tarix
2019.03.02 / 16:56
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla