Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Mart 2019


Azərbaycan gerbinin müəllifi Şervaşidze kimdir?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb.

MEK-dən Kult.az-a bildirilib ki, Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir. Bu barədə məqalədə maraqlı faktlar yer alıb.

Bildirilir ki, “Azərbaycan” qəzetinin 1919-cu il 14 noyabr tarixli buraxılışında dövlət gerbi və himn haqqında məlumat dərc olunub. Xalq Maarif Nazirliyi Cümhuriyyətin dövlət gerbi və himninin işlənib hazırlanmasına dair mülahizələrini hökumətə təqdim edib. Mülahizələrdə qeyd edilib ki, himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim olunmalıdır. Nazirlik dövlət gerbi layihəsinin hazırlanmasını Bakıda olan və öz əsərləri, xüsusilə də Şərq memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunmasını təklif edib. Hökumətin 1920-ci il 30 yanvar tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də himn mətninin layihələrinin hazırlanması haqqında fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan edib. Qalib gəlmiş layihələrin AXC istiqlalının ikinci ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi nəticəsində bu baş tutmayıb.

Həmin tarixi hadisədən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” qərar qəbul edib. Qərara əsasən, dövlət gerbinin yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat müəyyənləşdirilib. O dövrdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olunub. 1993-cü ilin əvvəllərində Milli Məclisdə həmin layihələr, o cümlədən A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edilib və məhz onun layihəsi rəssam-dizayner Rafiq Məmmədovun müəyyən düzəlişləri və təkmilləşdirməsindən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiqlənib.

Daha ətraflı linkdən oxuya bilərsiniz.

Qeyd edək ki, məqalə yaradılarkən Milli Arxiv İdarəsinin saytında yerləşdirilmiş “Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?” materialından istifadə olunub.

Tarix
2019.03.11 / 18:00
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Qudasının yasına getdi, mərasimdə dünyasını dəyişdi

Tanınmış rejissor evini qarət edəni bağışladı

Kəraməti tabutuma yaxın buraxmayın - Qəşəm Nəcəfzadə

Emin övladları ilə fotosunu paylaşdı

Dünyanın buna ciddi ehtiyacı var - Yalçın Topçu

Kaliforniyada Novruz bayramı - Foto

“Uzun illərdir belə bayram keçirməmişdim...” - Foto

Xəzərdə zəlzələ oldu

Ankara Heydər Əliyev Parkında şənlik - Foto

Nazarbayev Novruz tədbirinə bu geyimdə getdi - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla