Yuxarı

Qoşa Qala qapıları bərpa olunur - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb.

İdarədən Kult.az-a verilən məlumata görə, Qoşa Qala qapılarında aparılan bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçərişəhər (daxili), həm də Bayırşəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək.

Bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlanıb.

"Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. “İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici təsirlər altında zədələnir və daşlar aşınmaya məruz qalır. Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir", - məlumatda qeyd olunub.

Tarix
2019.05.08 / 14:31
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan

Azərbaycan XİN Uruqvayı təbrik etdi

Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir

Paşinyan Bakı ilə razılaşmadan danışdı

Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan

Prezidentə futbol forması hədiyyə edildi - Foto

KİV: İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla