Yuxarı

Quba-Xınalıq yolu bağlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quba-Xınalıq yolu bağlandı

İyunun 27-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Quba-Xınalıq yolunu bağlayıb.

Axar.az xəbər verir ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol iki saat müddətində avtomobillərin hərəkət üçün bağlı qalıb.

Günün ikinci yarısında başlayan leysan yağışı bir-neçə saat davam edib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Leysan yağışı kəsildiyindən yola axan suyun həcmi də azalıb. Amma suötürücü qurğular tutulduğundan sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir. Çətinlik yolun 36-39-cu kilometrlik hissəsində müşahidə olunur.

Güclü leysan yağışından sonra yaranan sel Quba rayonunun Qonaqkənd-Xaltan yolunda da fəsadlar törədib.

Tarix
2019.06.27 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla