Yuxarı

Şəki UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəki UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi

13:38

Şəki şəhərinin tarixi mərkəzi (Xan Sarayı da daxil olmaqla) UNESKO Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib.

Kult.az xəbər verir ki, bununla bağlı qərar UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı verilib.

Müzakirələr olduqca gərgin keçib. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək bu irsin Dünya İrs Siyahısına daxil edilməsinin məqsəduyğun olmadığını bildirb. Bir sıra ölkələr – Küveyt, Çin, Tunis, Qvatemala, Kuba, İndoneziya, Kuba, Qırğızıstan, Burkina Faso siyahıya daxil edilməsinin tərəfdarı kimi çıxş edib.

Qeyd edək ki, Dünya İrs Siyahısına bütün dünya üzrə 167 dövlətə məxsus cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək Dünya İrs Siyahısına Azərbaycandan cəmi 2 irs nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.

***

Gəgin müzakirələrdən sonra müsbət qərarın qəbulu zalda böyük ruh yüksəkliyinə səbəb olub.

Qərardan sonra Azərbaycanın UNESKO yanında daimi nümayəndə heyətinin rəhəri, səfir Anar Kərimov, daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, qərarın qəbuluna görə üzv ölkələrə təşəkkür ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçıxı Elxan Usubov da çıxış edərək, şəhər ictimaiyyəti adından Azərbaycana dəstək vermiş ölkələrə təşəkkürünü çatdırıb.

O bu qərarın Şəkinin həyatında müstəsna əhəmiyyət daşıdığını, bu gün şəhərdə bayram ediləcəyini bildirib.

Tarix
2019.07.07 / 14:12
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Fələstin prezidentinə məktub göndərdi

Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla