Yuxarı

Prezidentin bu qərarları Çində maraq doğurub - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin bu qərarları Çində maraq doğurub - Foto

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Hüquq Təlimi və Əməkdaşlıq Mərkəzinin direktor müavini, professor Çen Xiaonun başçılıq etdiyi Şanxay Siyasi və Hüquq Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar.

Kult.az xəbər verir ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin “İpək Yolunun iqtisadi qurşağı” və “XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirən “Bir kəmər - bir yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.

R.Abbasov Çin və Azərbaycanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurlu inkişafından söz açıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni innovativ xidmətlər və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Çinin böyük marağına səbəb olur.

Görüşdən məmnunluğunu ifadə edən professor Çen Xiao Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib. Çen Xiao Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətini Çinin inkişafının siyasi və hüquqi aspektləri ilə yaxından tanıması sahəsində ADU-nun iki xalq arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığının möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.

Daha sonra siyasi elmlər sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Sonda Çindən gələn qonaqlara ADU Konfutsi İnstitutunun Çin dilində çap etdiyi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı, habelə Çin Prezidenti Si Szinpinin müasir dövlət idarəçiliyi konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.

Tarix
2019.08.08 / 11:41
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...

Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı...

Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın

Kreml AZAL-a görə addım atmadı: Əgər sübutumuz varsa...

1891, ermənilərin milli geyimi bu cür olub - Foto

Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır

Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla