Yuxarı

Sürücü körpünü uçurdu, mağazaları yararsız hala saldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücü körpünü uçurdu, mağazaları yararsız hala saldı

Cəlilabad rayonunda yol qəzası olub.

Report-un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Ford" markalı avtomobil idarəetmədən çıxaraq "İncə" çayının üzərindəki körpünün dəmir məhəccərlərini qoparıb və körpünün bir hissəsi uçub. Daha sonra avtomobil yolun kənarındakı iki mağazaya çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da yol infrastrukturuna, avtomobilə və mağazalara ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.

Eyni zamanda, sürücünün gün ərzində daha bir yol qəzası törətdiyi də müəyyən olunub. O, bu hadisədən bir neçə saat əvvəl idarə etdiyi "Ford" maşınının rayon mərkəzində VAZ 2106 markalı avtomobil ilə toqquşduğunu da etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.08.16 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla