Yuxarı

Ucarda "sirli varlıq" peyda oldu: Kənd sakinləri təşvişdədir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucarda "sirli varlıq" peyda oldu: Kənd sakinləri təşvişdədir

Bir neçə gündür ki, Ucar rayonunun Çiyni kəndinin sakinləri arasında kənddə qulyabaninin dolaşması ilə bağlı ciddi təşviş yaranıb. Kəndlilər kəndin gah bu, gah digər tərəfində gözə dəyən həmin əcaib canlının nə olduğunu bilmirlər.

Hətta “qulyabani” adını eşidib halı pisləşən, təcili tibbi yardıma müraciət edən də var. İş o yerə çatıb ki, kəndin kişiləri gündüz saatlarında belə küçədə tək dolaşmaqdan çəkinir, naxıra belə getmək istəmirlər.

Bütün kənd camaatı bir neçə gündür ki, başdan ayağa tüklü olan, çox sürətlə qaçan, hündür divarlara dırmaşan bu qəribə varlığın axtarışları üçün səfərbər olub. Bəs axtarışların nəticəsi necə olub, qulyabanini tutmaq mümkün olubmu?

Çiyni kəndinin icra nümayəndəsi Vüqar Zeynalov Virtualaz.org-a hələ də axtarışların davam etdiyini deyir. Onun sözlərinə görə, sonuncu dəfə sözügedən əcaib məxluqu iki gün öncə görüblər.

“Bütün kənd narahatdır, çünki indiyə kimi kənddə belə əcaib məxluq görünməyib. Axırıncı dəfə kənd camaatı həmin məxluqu iki gün əvvəl axşam hava qaralana yaxın müşahidə eləyiblər. Bu dəfə başqa yerdə, dəmir yolu stansiyasının yaxınlığında gözə görünüb. Axtarışlar davam edir, kəndə polis cəlb olunub, hər yeri axtarırlar”, - kəndin icra nümayəndəsi bildirir.

V.Zeynalovun sözlərinə görə, inzibati ərazi dairəsi üzrə nümayəndəlik Çiyni və Qaradağlı kəndlərini əhatə edir. Kənd böyük kənddir və təxminən 4,3 min əhalisi var. Axtarışlar isə yalnız qulyabaninin müşahidə olunduğu Çiyni ərazisində aparılır.

Qeyd edək ki, Azərbaycanın bəzi bölgələrində belə naməlum varlıqların, cinlərin, qulyabanilərin peyda olması ilə bağlı vaxtaşırı xəbərlər yayılır. Bir neçə gün kənd əhalisi yerli polis qüvvələriilə birlikdə daşla, ağac parçaları ilə silahlanaraq onların axtarışlarına başlayır. Lakin bir müddətdən sonra təşviş keçir, əhali sakitləşir, qulyabaniləri isə nədənsə heç vaxt tutmaq mümkün olmur.

Tarix
2019.08.17 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla