Yuxarı

Rusiyada İlham Əliyevin tələbə bileti nümayiş olundu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın Rossiya-24 teleknalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

Kult.az AzTV-yə istinadən xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reрortajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır. 75 il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Burada vaxtı ilə hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər öz yolunu başlayıblar. Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək, qeyd edir ki, vaxt ilə burada dərs dəyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Reрortajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib.

Tanınmış məzunların xatirəsi Dövlət Beynəlxalq Münasibətlər İnstitutununda əziz tutulur. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisəində unikal sənədləri gördüyünü deyir. Bunların arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti də var. Reрortajda Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr yer alıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu institut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.

Tarix
2019.10.22 / 15:11
Müəllif
Kult.az
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla