Yuxarı

Mədəniyyət naziri tanınmış rusiyalı rəssamla görüşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədəniyyət naziri tanınmış rusiyalı rəssamla görüşdü

Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur rusiyalı fırça ustası, Adıgey və Kabardin-Balkar Respublikasının Xalq rəssamı, Rusiya Dövlət mükafatı laureatı Mixail Şemyakinlə görüşüb.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, Ə.Qarayev görüşdə qonağa Azərbaycan dövlətinin mədəniyyət siyasəti, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də diqqətdə saxlanılır.

M.Şemyakin də öz növbəsində səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu səfər onun ölkəmizə ilk gəlişidir. Buna baxmayaraq, Azərbaycanın mədəni həyatı onda olduqca xoş təəssüratlar yaradıb.

Əslən Kabardin-Kalkardan olduğunu deyən rəssam Azərbaycanla onu xoş münasibətlərin bağladığını bildirib. Vurğulayıb ki, onun bacısı Azərbaycanın indiki Göygöl (Xanlar) rayonunda dünyaya gəlib.

Mixail Şemyakin onu da diqqətə çatdırıb ki, səfər çərçivəsində müxtəlif görüşlərdə iştirak edəcək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.

Görüş zamanı rəssamın ölkəmizdə sərgisinin təşkil edilməsi və onunla əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, M.Şemyakin 1943-cü ildə Moskvada anadan olub. Tanınmış rəssamın əsərləri Rusiya ilə yanaşı, ABŞ, Fransa, Braziliya, İsrail və digər ölkələrin muzeylərində saxlanılır.

Tarix
2019.11.07 / 16:40
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla