Yuxarı

Bir gün üçün 100 minlik istirahət: Bakı oteli açıqlama verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir gün üçün 100 minlik istirahət: Bakı oteli açıqlama verdi

"Bizim Sevgililər Günü ilə bağlı təklifimizə müraciətlər həddindən artıq çoxdur. Konkret adlar çəkə bilmərəm. Çünki belə bir səlahiyyətim yoxdur. Ancaq həm ölkə daxilindən, həm xaricdən çoxsaylı zənglər var, maraqlanırlar".

Bu sözlər Axar.az-a "Four Seasons Hotel Baku"dan bildirilib. Otelin əməkdaşı deyib ki, 14 fevral Sevgililər Günü ilə bağlı 100 min manatlıq istirahət paketi hazırlanıb. Onun sözlərinə görə, otelə çoxlu müraciətlər olsa da, rezerv edən hələ ki, yoxdur.

Paytaxtın Neftçilər prospektində yerləşən "Four Seasons Hotel Baku" 14 fevral Sevgililər Günü münasibəti ilə cütlüklərə ağlasığmaz istirahət paketi hazırlayıb. Bu təklifi hansı milyarderin qəbul edəcəyi isə maraq doğurur.

Otelin təklifləri sırasında sevgililəri "Limuzin" markalı maşınla yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq, ardınca qalanın zirvəsində şampan, kürü ziyafəti vermək daxildir.

Təkliflər paketi bununla yekunlaşmır. Valentin gecəsinə "Four Seasons Hotel Baku"nun "Kaspian" restoranında əsrarəngiz şam yeməyi də daxildir.

Otel 24 karatlı qızıl və süd vannasında masaj da təklif edir. Gecənin sonunda isə otelin ən lüks otaqlarından biri sevgiliniz üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir. Xəbərdə o da qeyd edilir ki, təqribən 100 min manata başa gələn Sevgililər Günü əcnəbilərə də şamildir.

Tarix
2015.02.02 / 22:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla