Yuxarı

Bakının məşhur bazarında böyük yanğın - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:58

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan bazarın arxa tərəfində yanğın başlayıb.

Axar.az xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın saat 18:00-da məhdudlaşdırılıb.

***

Yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov küçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur.

Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edirik.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir", - məlumatda qeyd edilib.

***

Bakının Nəsimi rayonu "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş verən yanğında xəsarət alan olmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğında xəsarətlə bağlı müraciət daxil olmayıb.

***

Bakının Nəsimi rayonunda “3-cü mikrorayon bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğınsöndürən maşını cəlb olunub.

Bu sözləri jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb.

Tarix
2019.12.14 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla