Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
3 Avqust 2020


Bakıdakı güclü yanğınla bağlı son məlumat - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.07.04 - 20:36

Bakıda güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yanğın zamanı bir neçə dəfə partlayış səsi eşidilib. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan bildirilib ki, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşın 20:19-da hadisə yerinə çatıb.

Hazırda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən ərazidədir.

****

Yeni məlumata əsasən, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

***

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin texnikası və qüvvələri tədbirləri davam etdirir.

***

Ən son məlumata görə, yanğın zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürəndir.

Yanğının söndürülməsinə 300 FHN-çi və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.

***

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Tarix
2020.07.05 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şamaxıda zəlzələ oldu

Bakıda fərdi evdə yanğın

Şaiq Vəlinin dənizdə batan oğlunun meyiti tapıldı

Depardyeyə qarşı yenidən istintaq başladıla bilər

Bu gün Azərbaycan dili və əlifbası günüdür

Ciddi məsələdir, 7 ballıq zəlzələ gözlənilir - Ekspert

Alan Parker vəfat etdi

Yanğında yaralanan 2 nəfər vəfat etdi

Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto

Bakıda göydələndə yanğın: sakinlər təxliyə olundu

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla