Yuxarı

Əməkdar artist Tofiq Hüseynov vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist Tofiq Hüseynov vəfat etdi

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

O qeyd edib ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib:

"Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!"

Qeyd edək ki, Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olub.

1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir çox teatrlarda müxtəlif obrazlar oynayıb. Bunlar Rza bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Əzrayıl (“Bu meydan, bu şeytan”, F.Aşurov), Mərd Mazarov (“Adamın adamı”, Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Tülkü (“Cücələrim”, T.Mütəllibov), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov), Şah Kreon (J.Anuy “Medeya”), Vəzir Zəban (O.Altunbay, “Tomris”) və s obrazlardır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Aktyor “Meteranpaj” (Kamayev), “3-mollanın sərgüzəşti” (Mola Vəli), “Şkafda adam” (Ər), Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir), “Dəvətnamə” (Briqadir), “O dünyadan salamlar” (Əli bəy), “Bahar ərəfəsində” (Direktor) və s. filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tarix
2020.07.05 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla