Yuxarı

Azərbaycanlı pula görə özünü "oğurlatdırdı" - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı pula görə özünü "oğurlatdırdı" - Foto

Qazaxıstanda 37 yaşlı azərbaycanlı külli miqdarda pul əldə etmək üçün özünü oğurlatdırıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, o, tez-tez Qazaxıstanın Almatı şəhərindəki qohumlarının evinə qonaq gedib. Azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub.

Həmin şəxs Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb.

37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib. “Oğrular” azərbaycanlının sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyib.

Bütün olanlardan sonra qazaxıstanlı biznesmen polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Həmin şəxslər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2020.08.07 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla