Yuxarı

Partlayan “Həzi Aslanov” Mənsimovun tankeridir?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Partlayan “Həzi Aslanov” Mənsimovun tankeridir?

2020.10.24. 23:53

Rusiyanın neft daşıyan tankerində partlayış baş verib.

Axar.az xəbər verir ki, Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.

Tanker Rusiyanın Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.

Hazırda hadisə yerinə üç xilasetmə gəmisi yaxınlaşır.

***

Bəzi media qurumları, o cümlədən RBK gəminin azərbaycanlı milyarder, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova məxsus olması barədə məlumat yayıb. Bildirilib ki, gəmi 2005-ci ildə "Palmali" tərəfindən tikilərək suya endirilib, amma hazırda Rusiya bayrağı altında üzür.

Palmali Şirkətlər Qrupu isə bu məlumatı təkzib edib. Şirkətdən yayılan rəsmi açıqlamada qeyd edilib ki, həmin gəminin tikilməsi və suya endirilməsini “Palmali” şirkəti həyata keçirmişdi:

“Lakin sonradan Rusiya məhkəməsinin qərarı ilə bir neçə gəmi, o cümlədən “General Həzi Aslanov” neft tankeri Rusiyanın “Sberbankına” verilmiş, daha sonra isə “Sberbank” həmin gəmini satın almışdır. Bu səbəbdən Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” gəmisi “Palmali” adını daşısa da, artıq uzun müddətdir ki, Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətinə məxsus deyil və bu gəminin işlədilməsi də “Palmali”yə aid deyil. “Palmali” şirkətinin aldığı son məlumata görə, gəminin heyət üzvləri tamamilə Rusiya vətəndaşlarından ibarətdir”.

Tarix
2020.10.25 / 01:53
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla