Yuxarı

AYB Vətən müharibəsi ilə bağlı kitab hazırladı - Anar

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB Vətən müharibəsi ilə bağlı kitab hazırladı - Anar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Azərbaycana gəlməsi, Qurtuluş günümüzü bizimlə birlikdə qeyd etməsi, Şuşada bəyannamələrə imza atması tariximiz üçün böyük bir hadisədir. Bu Azərbaycanı sığortalayan bir qərardır.

Kult.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Moderator.az-a açıqlamasında deyib.

"Azərbaycan bundan sonra heç bir təcavüz qarşısında tək qalmayacaq, Türkiyə kimi qüdrətli bir müttəfiqlə bərabər olacaq. Bunun çox böyük bir əhəmiyyəti var. Amma bu bəyannamə heç kəsə qarşı yönəlməyib, heç kəs hesab etməsin ki, bu müqavilə hansısa dövlətə qarşıdır. Bu sadəcə öz ərazimizi, ərazi bütövlüyümüzü qorumaq, Azərbaycanın əzəli torpaqlarını saxlamaq üçündür. Ona görə də mən bu sazişi, görüşü yüksək qiymətləndirirəm. Cənab prezidentimizin qüdrəti sayəsində 44 günə biz inanılmaz bir şanlı qələbə əldə etdik. Müharibə illərində də, indi də Türkiyənin bizə mənəvi dəstəyi olub. Görüş üçün arxa fonda uçuq binanın olması da simvolik olaraq seçilmişdi ki, bütün dünya görsün ki, ermənilər "öz şəhərimiz" adlandırdıqları Şuşanı görün nə hala salıblar. Pənah xanın doğulduğu, Natəvanın, Üzeyirin yaşadığı torpağı erməni şəhəri adlandırmaq gülüncdür. Madam ki, öz şəhəriniz idi, niyə xarabalıqa çevirmişdiz? Onlar vandallardır", - Anar bildirib.

Xalq yazıçısının sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyi Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq üçün kitab nəşr edib:

"44 günlük müharibə dövründə biz "30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab hazırladıq, 10 günə nəşr olunacaq. Bu kitabda işğaldan azad olunmuş 8 rayonumuzdan çıxan yazıçıların yazıları dərc olunub. Bundan başqa kitabda Qarabağa aid şeirlər öz yerini tapıb. Hələ ki, kitabı öz dilimizdə nəşr edirik, gələcəkdə inglis və rus dillərində də nəşr etdirə bilsək çox yaxşı olar".

Anar Azərbaycan Yazıçılar Birliyinin birinci katibliyi vəzifəsinin xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunmasından da danışıb:

"Təbii ki, bu müvəqqəti xarakter daşıyır. Çünki sədr də, katib də yalnız qurultay yolu ilə seçilə bilər. Qurultay olandan sonra bu işə baxacağıq, indi hələ ki, müvəqqəti əvəz edir".

Tarix
2021.06.19 / 02:00
Müəllif
Kult.az
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla