Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.
Axar.azReport-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.
İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbər oğlu Ələkbərov ölüb.
Bildirilib ki, körpünün üzərində VAZ-2107 markalı avtomobil “Mersedes” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Avtomobillərdə olanlara kömək məqsədilə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov maşınından düşüb. Bu zaman sürətlə hərəkətdə olan sərnişin avtobusu sözügedən avtomobillərə çırpılıb. Nəticədə 10 maşına ciddi ziyan dəyib. C.Ələkbərov isə hadisə yerində ölüb.
***
Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Mahirə Vaqif qızı Vəliyeva, 1968-ci il təvəllüdlü Fəxrəddin İsmayıl oğlu Həsənov, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Fəxri Cəlil oğlu Ələkbərov, 2005-ci il təvəllüdlü Xəyyam Əyyam oğlu Əliyev, 1994-cü il təvəllüdlü Rüfanə Mehman qızı Məmmədova, 2019-cu il təvəllüdlü Əsmər Həsən qızı Həsənli, 1977-ci il təvəllüdlü Elmir Ələkbər oğlu Ələkbərov, 1998-ci il təvəllüdlü Pərvin Zeyfun qızı Həsənova, 2017-ci il təvəllüdlü Səyid Ramil oğlu Məmmədəli, 2015-ci il təvəllüdlü Fidan Ramil qızı Məmmədəli, 2016-cı il təvəllüdlü Elmira Ramil qızı Məmmədəli, 1970-ciil təvəllüdlü Rəqiyyə Abdulhəsən qızı Həsənova, 2010-cu il təvəllüdlü Hüseyn Elnur oğlu Ələkbərov və 1993-cü il təvəllüdlü Həsən Mehman oğlu Həsənov xəsarət alıblar.