Yuxarı

Ermənilərin bu əməli ekoloji terrordur - ETSN

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin bu əməli ekoloji terrordur - ETSN

Son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndiririk.

Axar.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir. Bu hadisə tərəfimizdən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək", - o qeyd edib.

Tarix
2022.08.15 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla