Yuxarı

Naxçıvanda tarixi mədrəsə bu cür məhv olur - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda tarixi mədrəsə bu cür məhv olur - Video

Tarixçi alim Zaur Əliyev Ordubad Mədrəsə Kompleksinin videosunu paylaşıb.

Kult.az xəbər verir ki, acınacaqlı vəziyyətdə olduğu görünən kompleksin Azərbaycan ərazisində erkən memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmış azsaylı mədrəsə binalarından biri olduğu bildirilib.

Z.Əliyevin məlumatına görə, kompleks 1714-cü ildə memar Hacı Saleh tərəfindən Səfəvilər dövründə Zəhir əd-Dövlənin sifarişi ilə tikilib:

“Zəmanəsinin məşhur təhsil ocaqlarından olan bu Ordubad mədrəsəsi də, digər İslam ölkələrində olduğu kimi, şəhərin mərkəzində yerləşən böyük Cümə məscidinin yanında təsis olunmuş və fəaliyyət göstərmişdir. Tədqiqatçıların fikrincə, bu mədrəsə binası Şimali Azərbaycanda zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir.

Mədrəsənin giriş qapısı üzərində yerləşən kitabədən bəlli olur ki, o, Səfəvi hökmdarı Şah Sultan Hüseynin (1694-1722) dövründə inşa etdirilmiş, onun tikintisi dövlət aparatında mühüm vəzifə tutan adamların başçılığı ilə həyata keçirilmişdir.

Burada kimlər təhsil almayıb? Məmməd Səid Ordubadi, Məhəmməd Taği Sidqi və özünə “Ordubadi” təxəllüsü götürən neçə-neçə şəxsiyyətlər buranın yetirmələri olub. Sovetlər Azərbaycanı işğal edən kimi böyük tarixi təhsil ocağı olan Ordubad Mədrəsə Kompleksini bağlayıb.

Uzun müddət İpəkçilik İdarəsi yerləşdiyindən, müəyyən qondarma əlavələrə məruz qalmış mədrəsə binası özünün ilkin görkəmini hələ də saxlayıb”.

Alim qeyd edib ki, Mədəniyyət Nazirliyi və naxçıvan səlahiyyətlilərinin bu abidəni bərpa etməsi qaçılmazdır. Onun sözlərinə görə, abidə bərpa edilməzsə, Quzey Azərbaycanda dövrümüzə qədər gəlib çatmış yeganə mədrəsə kompleksi də məhv olar.

Tarix
2022.12.12 / 08:30
Müəllif
Kult.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla