Yuxarı

Şamaxıda avtomobil yolu çökdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda avtomobil yolu çökdü

Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.

Axar.az xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.

Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.

Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 kilometr aralıda məsafədə yerləşir.

Tarix
2024.11.26 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla