Yuxarı

Sürət yarışı iki nəfərin həyatına son qoydu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürət yarışı iki nəfərin həyatına son qoydu

2025.01.16. 21:28

Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.

Axar.az xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.

"Hunday" və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hunday Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Report xəbər verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hunday Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.

Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Yarışda iştirak edən və 2002-ci il təvəllüdü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.01.17 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

İki gömrük işçisi ölkədən qaçdı - Şok

İlham Əliyev türkmənistanlı həmkarına məktub göndərdi

Siyartodan Azərbaycanla bağlı açıqlama

Usubov oğlunun həbsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla