Yuxarı

Təyyarəmizin vurulduğu təsdiqləndi: Bakı Kremlə mesaj verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarəmizin vurulduğu təsdiqləndi: Bakı Kremlə mesaj verdi

AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının surəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber” saytı isə mənbələrə istinadən yazır ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir.

Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutu”ların surəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.

Lakin yayılan informasiyalarda diqqət çəkən məqamlar da var.

Birincisi: “məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”.

İkincisi: 2020-ci il noyabrın 9-da Rusiya helkopterinin vurulmasında, eləcə də 2023-cü sentyabrında keçirilən antiterror əməliyyatları zamanı sülhməramlılara məxsus avtomobilin atəşə məruz qalmasında günahın rusiyalı hərbçilərdə olduğu, buna baxmayaraq, Azərbaycanın üzr istədiyi, təzminat ödədiyi və əlaqəli şəxsləri məsuliyyətlə cəlb etdiyinə dair məlumatlar mediada tirajlanıb.

Bu informasiyalar təsadüfi deyil: istisna deyil ki, “qara qutu”lar hər şeyi ortaya çıxarsa belə, Rusiyanın təyyarənin vurulması faktından boyun qaçırmaq istəkləri haqda Azərbaycanda məlumat var, Lavrovun “qara qutu”lar oxunmamışdan öncə - 14 yanvarda jurnalistlərə açıqlamasında “Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib” sözləri də bu kontekstdə diqqətəlayiqdir; gözlənilən bu cəhdlərə qarşı Moskvaya media üzərindən “həqiqətləri gizlətmə, təzminat ödə və günahkarları məsuliyyətə cəlb et” mesajı verilir;

Rusiya dezinformasiya taktikasına əl atsa belə, artıq qaçmağa yeri qalmayıb.

Tarix
2025.01.25 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla