Yuxarı

İmişlidə ailənin 3 üzvü öldü: ata isə ağır vəziyyətdədir

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə ailənin 3 üzvü öldü: ata isə ağır vəziyyətdədir

2025.03.08. 23:00

İmişli rayonunda bədbəxt hadisə baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub.

TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.

1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, yaralı ailə başçısı Vaqif Azadovdur.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

***

İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Mehriban İdris qızı Azadova, onun övladları 2021-ci təvəllüdlü M.V.Azadov və eyni təvəllüdlü F.V.Azadova ölüb.

Qonşular tərəfindən aşkarlanan 1989-cu il təvəllüdlü Vasif Əlirza oğlu Azadov ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların “Ceyran peçi”nin dəm qazından zəhərləndiyi güman edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2025.03.09 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla