Yuxarı

Dambrauskas "Sabah"ın darmadağınını şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas "Sabah"ın darmadağınını şərh etdi

Qələbə münasibətilə hər kəsi təbrik edirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasına 4:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının layiqli mübarizə apardığını bildirib:

"Bilirdik ki, biz "Petrokub"dan güclüyük. Sadəcə, arxayınlaşmaq olmazdı. Bir həftə ərzində bunun üzərində işlədik. Moldovadakı oyundan fərqli olaraq, taktiki düzülüşümüz dəyişmişdi. Artıq dördüncü qoldan sonra növbəti mərhələyə vəsiqə qazandığımız bəlli idi. Bu matç inkişafımız üçün vacibdir".

Mütəxəssis matç ərzində mövqe səhvləri etdiklərini söyləyib: "Sanki futbolçularım arxayınlaşmışdı. Bu da məni narahat edirdi. Hələ qarşımızda iki görüş var. Addım-addım irəli getmək istəyirik".

Baş məşqçi hücum futbolu oynatmağı sevdiyini vurğulayıb:

"Hər məşqdə futbolçularıma irəli getməyi tapşırıram. Daha çox qol vurmaq bizə əlavə stimul verir".

“Sabah” III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

Tarix
2025.07.31 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla