Yuxarı

“Qarabağ” bu göstəricilərdə ÇL-də liderdir!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın Çempionlar Liqasında pley-off matçları davam edir. Dünən gecə Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Macarıstanın “Ferensvaroş” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub. Təsnifat mərhələlərinə ümumən 48 komanda qatılıb.

UEFA-nın hazırladığı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.

“Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.

Maraqlıdır ki, “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. İkinci yerdə “Srvena Zvezda” (54 faiz), üçüncü yerdə “Reyncers” (Şotlandiya, 52 faiz) qərarlaşıb.

Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.

Fərdi oyunçulara gəlincə, “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina bu baxımdan fərqlənib. 32 yaşlı kolumbiyalı topu ələ keçirməyə görə (12 dəfə) liderdir. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.

Xatırladaq ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.

Tarix
2025.08.20 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...

Bayramov ispaniyalı həmkarı ilə danışdı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla