Yuxarı

Olimpiya çempionu Fərid Mansurov səfir oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Olimpiya çempionu Fərid Mansurov səfir oldu

Sərbəst güləş üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Bakı Şahmat Olimpiadasının ulduz səfiri olub.

Axar.az xəbər verir ki, idmançıya xüsusi sertifikatı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.

"Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq. Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışıram. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda, Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək", - Mansurov bildirib.

Xatırladaq ki, "Baku Crystal Hall"da keçiriləcək Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Olimpiada günlərində Bakıda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Tarix
2016.07.09 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla