İstanbulun "Qalatasaray" klubu
Çempionlar Liqasının 1/8 finalında bu axşam keçiriləcək Londonun
"Çelsi" komandası ilə oyun öncəsi Xocalı soyqırımının məsələsinə
dair açıqlama verib.
"Qalatasaray" klubunun rəsmi saytında qeyd edilib ki, Azərbaycan
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədri Azay Quliyev "Qalatasaray" – Çelsi" matçı əvvəli
əhəmiyyətli bir istəkdə bulunub:
"Quliyev Madridin "Atletiko" klubunun İspaniya liqasında
oynayacağı "Osasuna" və "Real" qarşılaşmalarında Xocalı qırğını
qurbanlarının xatirəsinə sahəyə qara bantla çıxacağını
xatırladaraq, bənzər bir tətbiqin "Qalatasaray" - "Çelsi" matçından
əvvəl də 1 dəqiqəlik sükutla yad etmək duruşu təklifini verib".
"Qalatasaray"ın məlumatında qeyd edilir ki, bu tələbi media
vasitəçiliyi ilə çatdıran Azay Quliyevin təklifinin qəbul edilməsi
mümkün görünmür: "Çünki bu cür müraciətlərin ən az 24 saat əvvəldən
rəsmi qaydada UEFA-ya edilməsi lazımdır. Bu ana qədər "Qalatasaray"
klubuna çatan rəsmi bir tələb yoxdur".
"Qalatasay"ın saytında Xocalı soyqırımı haqda da məlumat
yerləşdirilib.
"Erməni gücləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki yeganə
aerodroma sahib və hərbi baxımdan strateji əhəmiyyət daşıyan
Xocalını ələ keçirmək üçün 25 fevral 1992-ci ildən etibarən hücuma
başlayıb. Ermənilər bölgədə olan sovet ordusuna bağlı 366-cı
zirehli alayının bütün vasitələrindən istifadə edərək, şəhəri iki
saat boyunca top və tank atəşinə tutub. Hücumdan bir gün sonra isə
yaddaşlardan illərcə silinməyəcək olan Xocalı qırğını ortaya çıxıb.
Rəsmi məlumatlara görə, Xocalı qırğınında köməksiz vəziyyətdəki
106-sı qadın, 83-ü uşaq olmaq üzrə cəmi 613 Azərbaycan vətəndaşı
həyatını itirib. Qırğından 487 adam ağır yaralı olaraq xilas
olarkən, erməni gücləri min 275 adamı girov götürüb. Bunlardan
150-dən xəbər alına bilməyib"-deyə "Qalatasaray" bəyan edib
("modern.az").