Yuxarı

Bakıda qadın aliment ödəməyən keçmiş ərini yaba ilə döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.

2006-cı ildə ailə həyatı quran Rasim və Natiqə bir müddət normal həyat tərzi sürsələr də, sonradan aralarında tez-tez mübahisə yaranıb. Nəticədə 2020-ci ildə cütlük boşanmağa qərar verib. Onlar məhkəmə yolu ilə boşansalar da, hakim onların bir evdə yaşamasına qərar verib.

Boşanmadan sonra keçmiş ər-arvad arasında alimentə görə yenə mübahisələr olurmuş.

Sonuncu dəfə isə mübahisə Rasimin xəsarət alması ilə nəticələnib.

Belə ki, səhər saatlarında Rasim kiçik oğlunu bərbərə aparmaq istəyərkən Natiqə yenidən Rasimlə mübahisə edib və ondan aliment tələb edib. Nəticədə Natiqə həyətdəki ot yığmaq üçün istifadə olunan yabanı götürərək Rasimə hücum edib. O, Rasimə baş və kürək nahiyəsindən xəsarətlər yetirib.

Hadisə yerinə polis gəlib və araşdırmalar başlayıb. Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğu üçün işə xitam verilib və qadın məsuliyyətdən azad edilib.

Tarix
2025.07.04 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla