Yuxarı

Çayxanada dominoya görə dava düşdü: xəsarət alan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda çayxanada dava düşüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində, Göygöl Avtovağzalının yaxınlığındakı çayxanada baş verib.

Rayon sakini Natiq İsayev (soyadı şərtidir) tanışları ilə domino oynayarkən onunla birlikdə oynayan şəxs səhv edib. Nəticədə Natiq əsəbiləşib ayağa qalxıb və oyunu tərk edib. Bu vaxt domino oynayan şəxslər onun oyuna görə stola qoyduğu 2 manatı özünə qaytarıblar. Oyunu kənardan izləyən rayon sakini İlqar Alıyev (soyadı şərtidir) buna etiraz edib və Natiqə - "Sən kişi olsaydın, pulu götürməzdin", - deyib.

Nəticədə Natiqlə İlqar arasında mübahisə yaranıb. Natiq İlqarı vurmaq istəyərkən o, stolun üzərindəki çay stəkanını onun başına vurub və Natiq xəsarət alıb. İlqar bunun ardınca stolun üzərində olan külqabını da Natiqə tərəf atıb.

Stoldakı digər şəxslər davanı sakitləşdirsələr də, hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanıb.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə İlqar Alıyev 2 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.

Tarix
2025.07.30 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla