Yuxarı

Yamala sağalmaz xəstəlik diaqnozu qoyuldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yamala sağalmaz xəstəlik diaqnozu qoyuldu

İspaniya "Barselona"sının gənc futbolçusu Lamin Yamalın "Real Madrid"lə "El-Klassiko" matçında (1:2) göstərdiyi zəif oyunun fonunda ciddi sağlamlıq problemi dayanır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məğlubiyyətdən bir həftə sonra 18 yaşlı hücumçunun karyerası boyu onu təqib edə biləcək çox ciddi bir sağlamlıq probleminin mövcud olduğu məlum olub.

Kataloniyanın "Sport" qəzeti Yamalın pubalji xəstəliyindən əziyyət çəkdiyini aşkar edib. Bu, qasıq və qarın nahiyəsində ağrı ilə özünü göstərən xroniki zədədir.

İspaniyalı fizioterapevt Luis Puç qeyd edir ki, pubalji adi əzələ zədəsi deyil və bu xəstəlik, bədəni böyüdükcə Laminin bəzi əzələlərinin dəyişməsi səbəbindən inkişaf edə bilər:

"Əvvəla, deməliyik ki, pubalji əzələ zədəsi deyil, daha çox müxtəlif əzələlərin birləşdiyi qasıq nahiyəsindəki dəyişiklikdir. Bu, bir ay ərzində yox olacaq bir zədə deyil. Bununla yaşamaq və Laminin ən yüksək səviyyədə oynaya biləcəyinə əmin olmaq üçün profilaktik işlər aparmaq lazımdır".

Məşhur travmatoloq Pedro Luis Ripol isə "El Larguero" radio kanalına verdiyi müsahibədə vəziyyəti daha acı qiymətləndirib: "Düzünü desəm, bu zədənin müalicəsi çətindir. O, oyunçunun hərəkət etmək və qapıya zərbə vurmaq qabiliyyətini təxminən 50% azaldan ağrı ilə xarakterizə olunur ki, biz də bunu "El-Klasiko"da müşahidə etdik. Bu, adamı iflic edən bir ağrıdır – oyunçunun matçlarda iştirak etməsinə imkan verir, lakin onun maksimum səviyyəyə çatmasına mane olur və effektivliyini əhəmiyyətli dərəcədə azaldır".

Qeyd edək ki, "Barselona"nın keçmiş futbolçusu, hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Lionel Messi də 2000-2008-ci illər arasında pubaljidən əziyyət çəkib. Lakin belə bir zədə belə argentinalı futbolçunun möhtəşəm karyera qurmasına mane olmayıb.

Tarix
2025.11.02 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla