Yuxarı

Messini izləmək üçün 20 min insan məşqə qatıldı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messini izləmək üçün 20 min insan məşqə qatıldı - Foto

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" komandasının futbolçusu Lionel Messi İspaniyanın "Elçe" klubunun stadionunda məşq edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Argentina millisinin Anqola ilə keçirəcəyi yoldaşlıq matçından əvvəl İspaniyada təlim-məşq toplanışı keçib.

Argentina yığmasının "Manuel Martines Valero" arenasında keçirilən təlim-məşq toplanışını 20 mindən çox insan izləyib.

Millinin iki gün əvvəlki məşqi bağlı qapılar arxasında keçirilib. Lakin yenə də azarkeşlər Messini görmək üçün təpələrə, hasarlara və damlara dırmaşıblar. Onların bu əzmkarlığı Argentina Futbol Assosiasiyasını son anda qərar dəyişikliyi etməyə və növbəti məşqi ictimaiyyətə açıq elan etməyə sövq edib.

Məşq sessiyasından sonra Messi sosial şəbəkədə azarkeşlərə öz təşəkkürünü bildirib:

"Uzun müddətdir burada deyiləm, amma belə dəstəyi hiss etmək həqiqətən xoş idi. Gələn hər kəsə təşəkkür edirəm, tribunalarda çoxlu argentinalı var idi. Hamınızı yenidən görmək çox gözəl idi".

Tarix
2025.11.14 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla