Yuxarı

Fransa sabah ikinci heyətlə oynasa da... - Abbasov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa sabah ikinci heyətlə oynasa da... - Abbasov

Seçmə mərhələdə son görüşümüzdür, buna görə də azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Fransa sabah ikinci heyətlə oynasa da, onlar da xal qazanmaq niyyətindədirlər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Fransa yığması kimi güclü komandalarla oynamağın yaxşı təcrübə olduğunu bildirib:

“Rəqib bəzi əsas oyunçularını Bakıya gətirməyib. Onların yerinə meydana çıxacaq futbolçular özlərini göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Fransa yığmasına qarşı sonadək hücum oynamaq da çətindir. Lakin tamamilə müdafiədə oturmaq fikrimiz yoxdur”.

Baş məşqçi milliyə dəvət alan gənc futbolçulara güvəndiyini söyləyib:

“Biz onları bu cür matçlarda oynatmaqla qazanırıq. Sol cinah müdafiəçilərinin zədələnməsi bizim işimizi çətinləşdirdi. Sabah müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Tarix
2025.11.15 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla