Yuxarı

Çox güclü rəqibimiz var - "Napoli"nin futbolçusu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çox güclü rəqibimiz var - "Napoli"nin futbolçusu

Çətin oyun alınacağını bilirik. Amma biz hazır olacağıq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Napoli"nin futbolçusu Alessandro Buondcorno UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı müdafiəçi qeyd edib ki, qalib gəlsələr, bunu dünya futbolunun əfsanəsi, "Napoli"nin keçmiş futbolçusu Dieqo Maradonaya həsr edəcəklər: "Noyabrın 25-də əfsanəvi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamamlanacaq. Ona görə də bu matç bizim üçün daha böyük önəm kəsb edəcək. Qələbə qazanacağımıza ümid edirik. Belə olsa, qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir".

Buondcorno "Qarabağ" haqda müsbət sözlər söyləyib:

"Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Biz qarşılaşmaya mümkün qədər yaxşı yanaşacağıq. Çox güclü rəqibimiz var, ehtiyatlı olmalıyıq. Çoxlu fərdi mübarizə olacaq. Həm biz, həm də onlar təzyiq göstərəcək. Qələbə özümüzdən asılı olacaq”.

Qeyd edək ki, sabah gecə Dieqo Armando Maradona stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Tarix
2025.11.24 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla